Saxlanılan sürücü 19 saxta hesabdan DİN rəsmisini İZLƏYİRMİŞ

14:24 22.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Bakıda taksi sürüclərinə qarşı əməliyyat keçirib.

 

DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev hafta.az-a bildirib ki, saxlanılan taksi sürücülərindən biri feyk sosial şəbəkə hesablarından istifadə edib.

 

"Onun başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 "TikTok" hesabı, 12 "Instagram" profili olması müəyyən edilib. 19 profil üzrə təkcə mənim hesabımı izləyib. 6 profillə uyğunsuz şərhlər, əsassız və qərəzli məlumatlar yazdığı üçün blok edilib", - E.Hacıyev vurğulayıb.